Belqrad da Avro-2020 arzusuna düşdü
11.09.2013 - 11:39
Belqrad da Avro-2020 arzusuna düşdü
Avro-2020-yə ev sahibliyinə namizədlər siyahısına daha bir şəhər əlavə olunub. Apasport.az saytının məlumatına görə, Serbiya Futbol Federasiyası paytaxt Belqradın namizədliyini irəli sürüb.

Bunun üçün 2 variant təklif olunub. Bunlardan biri “Srvena Zvezda” klubunun stadionu, digəri isə Avro-2020 üçün inşa olunacaq yeni arenadır.

Qeyd edək ki, 13 şəhərdə keçiriləcək final mərhələsinə ev sahibliyi ilə bağlı Azərbaycanın paytaxtı Bakının da namizədliyi irəli sürülüb.