“Neftçi”də vəziyyət hələ də normal deyil” - MÜSAHİBƏ
11.09.2013 - 12:05
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Neftçi”nin mərkəz müdafiəçisi Tərlan Quliyevin apasport.az saytına müsahibəsi
- İsraildə olarkən əsas millinin də oyununu izləmək imkanı əldə etdiniz. Onların heç-heçə edəcəyini gözləyirdinizmi?
- Açığı, milli oyuna yaxşı başladı. İlk hissədə hesabı qorudular. İkinci hissədə isə topu özlərində saxlamağa çalışdılar. Müdafiəni unudub irəli atıldılar, qələbə qazanmaq istəyirdilər. Rahid Əmirquliyevin vurduğu gözəl qol da bunun nəticəsidir. Milli gözəl oyun nümayiş etdirdi.
- Hamı bu 1:1 hesablı bərabərliyin U-21 üçün də stimul olacağını düşünürdü. Ancaq əksi baş verdi. Niyə belə biabırçı – 2:7 hesabı ilə məğlub oldunuz?
- Vallah, sözlə deyiləsi deyil...
- Söhbət ondadır ki, hücumlar da qura bilmirdiniz...
- Birinci hissədə ilk 3 dəqiqəyə buraxdığımız top bizə çox təsir etdi. Onda sonra fasiləyə kimi hesab arasındakı fərqi azaltsaq da, yenə oyun bizim üçün çox çətin keçdi. Qapımızdan 3-cü topu buraxdıqdan sonra isə komanda özünü tamamilə itirdi.
- Siz müdafiəçisiniz. Adətən komanda 7 top buraxırsa, qapıçı və müdafiəçilərin səhvi ilk növbədə ağla gəlir. Arxa xəttin mərkəzində oynayan biri kimi özündə səhv görürsünüz?
- Bəli. Ümumiyyətlə, bu oyunda bütün komandanın səhvi vardı.
- Qapınıza vurulan 2-ci qolda penalti vardı?
- Hə, vardı. Elvin Yunuszadə rəqibə qarşı qaydalar çərçivəsində oynamamışdı.
- Belə demək mümkünsə, ilk 2 top sizi “sındırdı”...
- Elədir. Onların oyuna belə sürətlə başlayacağını gözləmirdik.
- Baş məşqçi Bernhard Lippert İsraillə oyundan sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, hələ bu qədər komandanı hazırlaşdırmayıbmış. Onun sözlərinə görə, sizin başınıza heç nə girmir...
- Bu barədə heç nə demək istəmirəm. Allah canını sağ etsin.
- Çempionatda sabah “İnter”lə oynayacaqsınız. Bu haqda nə deyə bilərsiniz?
- Klubda vəziyyət hələ də normal deyil. Çünki bundan qabaq “Bakı”ya gözləmədiyimiz halda 0:3 hesabı ilə uduzduq. İnşallah, bu oyuna qələbə üçün çıxacağıq ki, bir az özümüzə gələk.
- Ancaq nəzərə almaq lazımdır ki, “İnter”in vəziyyəti sizinkindən də pisdir...
- Bilirəm. Bu üzdən çox ağır və çətin oyun olacaq.
Səbuhi TOFİQOĞLU

0
0