“Xəzər Lənkəran”: yağış altında aramsız məşq - FOTOSESSİYA
11.09.2013 - 12:52
Topaz Premyer Liqasının VI turu çərçivəsində “Bakı”nı doğma meydanında qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qısamüddətli Qəbələ toplanışından sonra doğma şəhərdəki bazasında toplaşan “ağ-yaşıllar” artıq üç gündür “Bakı” ilə oyunun hazırlığına başlayıb.
Nikola Qliqorov istisna olmaqla, milli komandaların oyunları ilə əlaqədar vətənlərinə yollanan futbolçular geri qayıdaraq, məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsinin DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu olduğundan sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.
Cənub klubunun gənc forvardı Elnur Cəfərov isə yenidən U-17 düşərgəsinə toplanışa çağırılıb. Gündə iki dəfə ehtiyat meydanda keçirilən məşqlər aramsız yağan yağışa rəğmən, davam etdirilir və komandamız zədəli futbolçu olmadan tam heyətlə hazırlığını sürdürür.
Bu gün səhər məşqindən çəkilən fotoları təqdim edirik:

0
0