“Simurq” Bakıda toplaşır
11.09.2013 - 13:20
Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq" bir günlük istirahətdən sonra məşqləri bərpa edir.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, növbəti turda "Sumqayıt"ı qonaq edəcək Zaqatala təmsilçisi Bakıda bir araya gələrək hazırlıqlara başlayacaq.
Bu gün axşam saatlarında Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara start verəcək “Simurq” tam heyətlə məşqə çıxacaq.
"Sumqayıt"la matç öncəsi zədəli və cəzalı futbolçuların olmaması məşqçilər korpusunu sevindirən amillərdəndir. O cümlədən, yığma komandaların düşərgəsində olmuş Rəşad Eyyubov, Rəşad Əzizli və Patrik Osiakoda bugündən hazırlıqlara qoşulacaq.

0
0