“Azərbaycan yığmasını qiymətləndirməmək olmaz”
11.09.2013 - 14:14
“Qarşıdan 2 səfər oyunumuz var. Matçın sonlarında qol buraxmaq olmaz. Fabio Kapellonun narazılığı başadüşüləndir”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı veteran futbolçu Sergey Şavlo deyib.
Moskva “Spartak”ındakı çıxışı ilə tanınan, SSRİ millisinin də şərəfini qorumuş sabiq yarımmüdafiəçi həmyerlilərinin DÇ-2014-ün seçmə mərhələsindəki çıxışına münasibət bildirib. Şavlo oktyabrın 15-də Bakıda Azərbaycan yığmasının qonağı olacaq Rusiyanın son 2 matçdakı rəqiblərinə yuxarıdan aşağı baxmamağı tövsiyə edib: “Əlbəttə ki, Azərbaycan və Lüksemburq yığmalarını qiymətləndirməmək olmaz. Güc-bəla ilə məğlub etdiyimiz Andorra ilə oyunu xatırlayın. Lüksemburq isə Şimali İrlandiyanı məğlub edib. Onlar çox xoşuma gəldi, oynayan komandadır”.
Qeyd edək ki, Şavlo Olimpiada-1980-nin bürünc mükafatçısıdır.

0
0