Millimizə “Fənərbaxça”dan 3 futbolçu çağırıldı
11.09.2013 - 14:37
Futzal üzrə milli komandamız sentyabrın 13-dən 16-dək Bakıda, 16-dan 19-na qədər isə Portuqaliyada təlim-məşq toplanışında olacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq toplanışda iştirak edəcək futzalçı heyəti bəllidir.
Toplanışa 14 futzalçı dəvət olunub. Bunlardan 10-u “Araz”, 1-i “Ekol” və 3-ü “Fənərbaxça”nın futzalçısıdır: Buranello Laersio, Marat Salyanski, Ribeyro Felipe, İsa Atayev, Elnur Qəmbərov, Eduardo Mello Borgeş, Maşado dos Santos Nilson, Vitali Borisov, Ramiz Çovdarov, Fernandeş Amadeu (hamısı “Araz”), Elnur Zamanov (Ekol), Seymur Məmmədov, Fərid Ələkbərov, İlkin Hacıyev (hər üçü “Fənərbaxça”).
Qeyd edək ki, toplanış çərçivəsində yığmamız sentyabrın 17-i və 18-də Fundan və Kaştelu-Branku şəhərlərində Portuqaliya millisi ilə yoldaşlıq oyunları keçirəcək. Bakı vaxtı ilə saat 23:30-da başlayacaq oyunların keçirilməsi ilə bağlı təklif Portuqaliya Futzal Federasiyası tərəfindən irəli sürülüb.

0
0