Nasimovun komandası başsız qaldı
11.09.2013 - 14:48
DÇ-2014-ün seçmə mərhələsinin baş tutan oyunlarından sonra daha bir baş məşqçi istefa verib. Apasport.az saytının məlumatına görə, Özbəkistan yığmasının çalışdırıcısı Mircəlal Qasımov istefa verib.
Asiya zonası üzrə pley-off mərhələsində İordaniyaya uduzduqdan sonra təcrübəli mütəxəssis postunu tərk etməyə qərar verib.
Qeyd edək ki, “Neftçi”nin futbolçusu Bahodir Nasimovun da şərəfini qoruduğu Özbəkistan yığması İordaniya ilə hər 2 oyunda 1:1 hesablı heç-heçə ilə kifayətlənərək penaltilər seriyasında uduzub – 8:9. Nasimov hər 2 matçda start heyətində meydana çıxıb və sonradan əvəzlənib.

0
0