Avro-2020 üçün 31 namizəd
11.09.2013 - 14:59
Avro-2020 üçün 31 namizəd
Macarıstan Futbol Federasiyası Avro-2020-yə ev sahibliyi ilə bağlı UEFA-ya sifariş verib. Apasport.az saytının məlumatına görə, qurum ölkənin paytaxtı Budapeştin yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olmasını istəyir.

Sifariş Macarıstan hökuməti tərəfindən təsdiqlənərək maliyyə təminatı həll edilib. Bu sənəd artıq UEFA-ya göndərilib.

Qeyd edək ki, Avro-2020-ni qəbul etmək üçün 13 yerə ümumilikdə 31 şəhərin namizədlik verəcəyi müxtəlif səviyyələrdə açıqlanıb. Bu isə o deməkdir ki, AFFA-nın namizədliyini irəli sürdüyü Bakının 30 rəqibinin olması mümkündür. Bütün bu namizədliklər sentyabrın 19-20-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək qurumun İcraiyyə Komitəsinin yığıncağında təsdiqlənməlidir.