“Berti Foqts yaxşı bilir ki, onun düşündüyü kimi deyil” - MÜSAHİBƏ
11.09.2013 - 15:40
Milli komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Öncə İsrail millisi ilə oyun barədə fikirlərinizi bilmək istərdik.
- Fikrimcə, oyun bizim üçün yaxşı keçdi. Ən əsası xal qazandıq. Qələbə də qazana bilərdik. Ancaq sonda hardasa mövqe səhvi buraxdıq və İsrail bundan yararlanaraq qapımıza yol tapdı. Bununla belə, heç-heçə bizim üçün yaxşı nəticədir. Səfərdə məğlub olduğumuz komandalar yalnız Rusiya ilə Portuqaliyadır. Fikirləşirəm ki, bu nəticə bizim üçün pis deyil.
- Həmişə müsahibələrinizdə deyirsiniz ki, bir səhv buraxdıq və rəqib də həmin səhvdən yararlandı. Ancaq bu səhvlər bitmir…
- Yox, bu dəfə müdafiə olunarkən bir yox, bir neçə səhvimiz oldu. Əsas səhvi ikinci hissə başlayanda buraxdıq. Qapıçımız ilə üzbəüz qaldılar, yaxşı ki Kamran Ağayev qola imkan vermədi. İkinci epizodda elə də mövqe səhvi yox idi. Sadəcə, ikinci mərtəbədə rəqib futbolçu mübarizəni uddu və zərbə vurdu. Top dirəkdən qayıtdıqdan sonra isə təhlükəli vəziyyət yarandı. Bir də bizə vurulan qol vəziyyəti zamanı yerdən ötürmə verilərkən müdafiədə mövqe səhvi buraxdıq. Amma yenə də ən az səhv buraxdığımız oyunlardan birini keçirdiyimizi düşünürəm.
- Ancaq yenə də hesabda irəlidə olduğumuz halda, onu qoruya bilməmək xəstəliyi qalır. Sanki arxayınlaşırıq…
- Bu nədən irəli gəlir? Qoyun, mən sizə deyim. Sadəcə, biz hesabda irəlidə olarkən rəqib təzyiq göstərir. Belədə olur ki, həmin epizodlardan birində qol buraxmalı olursan. Rəqibi də nəzərə almaq lazımdır. Biz tək oynamırıq.
- İsrail millisində bəzi əsas heyət üzvləri zədəli idi. Ola bilərmi ki, 1:1 hesablı nəticəyə nail olmağınızda bu amil də müəyyən mənada köməyinizə çatıb?
- Bakıda oynayan İsrail yığmasından bu dəfə 2, ya da 3 futbolçu yox idi. Bəziləri deyir ki, İsrail zəif çıxış etdi. Xeyr. Onlar zəif oynamırdı. Sadəcə, biz ağıllı müdafiə olunurduq, onları yaxşı təhlil etmişdik, atdıqları addımları yaxşı görürdük. Özü də nəzərə alsaq ki, onların bizlə oyunu dünya çempionatına çıxmaq baxımından son şansı idi, onda İsrailin zəif çıxışından söhbət gedə bilməz.
- Berti Foqts görüşdən sonra keçirilən mətbuat konfransında belə bir ifadə işlətdi ki, futbolçular cəmi 20 dəqiqə oyun göstərə bildi...
- Foqtsu yaxşı tanıyıram. Artıq 5 ildir bir yerdəyik. Bu cümləni niyə işlətdiyini də bilirəm. Ona görə deyib ki, qarşıda bizi 2 vacib oyun gözləyir. Bizə qarşı həmişə tələbkar olub. Bu sözü ona görə deyib ki, biz futbolçular İsraillə oyundan sonra rahatlaşmayaq, qarşıdakı həmin 2 oyuna daha yaxşı hazırlaşaq. Başa düşürük ki, həmin qarşılaşmaları evdə keçirəcəyik. Bu üzdən əlimizdən gələnin artığını etməliyik. O, ona görə belə deyib.
- Yəni əslində, Foqtsun dediyi kimi deyil?
- Fikrimcə, o özü də bilir ki, onun düşündüyü kimi deyil. Çünki yaxşı oyun göstərdik, yaxşı mübarizə apardıq. Bizim arxayınlaşmamağımız üçün belə deyib. Bizi həmişə tənqid edir. Onda biz bilirik ki, niyə tənqid edir. İstəyir ki, öz üzərimizdə rahat işləyək.
- Qarşıdan Şimali İrlandiya və Rusiya ilə oyunlar gəlir. Bu haqda fikirləriniz necədir?
- Mən Belfastda oynamamışdım. Ancaq kimsə əvvəlcədən deyə bilməz ki, biz qalib gələcəyik. Bütün mətbuatdan da istəyim odur ki, komandanın üzərinə çox getməsinlər. “Mütləq qələbə qazanmalıyıq” deyib Lüksemburq oyununa çıxmışdıq. Ancaq baxırsan ki, son zərbələrdə və qol epizodlarında futbolçularımız çox həyəcanlanırdı. Çünki üzərlərində təzyiq vardı ki, mütləq qələbə qazanmalıyıq. İstəmirəm ki, Lüksemburqla oyun təkrarlanmasın. Biz oyuna hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq. Ancaq hər şey oyunda həll olunacaq. Qarşımızda balaca uşaqlar olmayacaq. Bizi İngiltərə, Şotlandiyada çıxış edən futbolçularla çətin oyun gözləyir. O ki qaldı Rusiyaya, bilirik ki, onların dünya çempionatına getmə yolu bu matçdan keçir. Onların düşərgəsindən gələn açıqlamaları da oxuyuruq. Görürük, bizimlə oyundan çəkinirlər. Çalışacağıq ki, hər 2 oyunda məğlub olmayaq və maksimum xal qazanaq.
Səbuhi TOFİQOĞLU

0
0