“...gərək Ariflə Saşadan birini göndərək”
11.09.2013 - 18:00
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun formasını geyindikləri Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Sərdar Dayatın apasport.az saytına müsahibəsi
- Komandanız mövsümə yaxşı başlamayıb, amma həftəsonu qarşılaşacağınız “Samsunspor”la görüş ərəfəsində iddialı açıqlamalar verirsiniz...
- Bəli, evdə keçirəcəyimiz matçlarda büdrəməməliyik. Ancaq futbolda udmaq da var, uduzmaq da. Bizə düşən əlimizdən gələni etməkdir. Baxımlı, pozitiv futbol sərgiləyən komanda formalaşdırmaq istəyirik.
- “Dənizlispor” yetərincə problemlə üzləşib. İlin sonunadək borcları ödəməyəcəyi təqdirdə klubun aşağı dəstəyə göndərilmək təhlükəsi var. Bu, nə qədər realdır?
- Klubun maddi sıxıntı çəkdiyi hər kəsə məlumdur. Ancaq hazırda Türkiyədə bir çox klubların bu baxımdan problemi var. Mənim işim futbolçuları oyunlara hazırlamaq, yaxşı nəticələr qazanmaqdır. Maddi məsələlərlə rəhbərlik məşğul olur. Bu baxımdan ətraflı bilgim yoxdur. Yəni vəziyyət nə yerdədir, kimin borcu ödənilib, kiminki qalıb, bilmirəm.
- Əsas probleminiz pulla bağlıdır?
- Maddi məsələlər önəmlidir. Ancaq mövsümə yaxşı başlaya bilməməyimiz komandanın yeni qurulması ilə bağlıdır. Hələlik öz oyunumuzu tapa bilməmişik. Futbolçular bir-birlərinə uyğunlaşmayıblar. Heyət bir yerdə normal hazırlıq keçməyib. Oyundan oyuna isinişirik.
- Sonuncu turda “Balıkəsirspor”a 0:3 hesabı ilə məğlub olduqdan sonra orta xətt üçün 3 futbolçuya ehtiyac duyduğunuzu söylədiniz. Yeni transferlər olacaqmı?
- Əlbəttə, yeni futbolçuya ehtiyacımız var. Ancaq klubun maddi durumu transferləri reallaşdırmağa imkan vermir. Belə bir vəziyyətdə hansısa oyunçunun alınmasını tələb etmək düz olmaz.
- Azərbaycanlı futbolçular – Arif İsayevlə Saşa Yunisoğlu barəsində fikirlərinizi bilmək maraqlı olardı. Onlar davamlı olaraq “11-lik”də yer almırlar. Yəqin ki, bu, onların hazırkı formalarından razı olmamağınızdan irəli gəlir...
- Hər ikisinin uyğunlaşma ilə bağlı problemi var. Məsələn, hərdən fikirlərini başa düşüləcək şəkildə ifadə edə bilmirlər. Arifin çıxış etdiyi mövqe çox önəmlidir. Mən iyulun 25-dən komandaya rəhbərlik edirəm. Gəldiyim vaxt İsayevin əzələsində problem vardı. Bu səbəbdən də hazırlıq dönəmində istədiyi kimi çalışa bilmədi. Önümüzdəki həftələrdə ondan yararlanmağı düşünürəm. İkisi də bəyəndiyimiz, sevdiyimiz, arxalarında durduğumuz futbolçulardır. Ümid edirəm ki, onlar da etimadımızı doğruldacaqlar.
- Lakin futbolçularımız bir qədər narahatçılıq keçirirlər. Məsələn, Yunisoğlu ona güvənmədiyinizi düşünür...
- Xeyr, qətiyyən belə bir şey yoxdur. Dediyim kimi, hər ikisinə güvənirik. Hələ önümüzdə 33 tur var. Oynamaları, özlərini göstərmələri üçün şansları olacaq.
- Yəni narahatçılığa heç bir əsas yoxdur və onların komandadan göndərilmələri gündəmdə deyil?
- Biz həm İsayevlə, həm də Yunisoğlu ilə əməkdaşlıqda maraqlıyıq. Onların göndərilməsi müzakirə mövzusu ola bilməz.
- Gələcəkdə başa azərbaycanlı futbolçunu transfer etməyiniz mümkündür?
- Bilirsiniz, azərbaycanlı futbolçular üçün iki yerimiz var. Kimisə alsaq, gərək Ariflə Saşadan birini göndərək. Bu isə onlara qarşı haqsızlıq olar.
ŞAMO

0
0