“Araz” və “Fənərbaxça”nın futzalçıları Serbiya yığmasında
11.09.2013 - 16:45
“Araz” və “Fənərbaxça”nın futzalçıları Serbiya yığmasında
Azərbaycan çempionatında çıxış edən 2 futzalçı Serbiya milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, Avro-2014-ün final mərhələsinə vəsiqə uğrunda Rumıniya ilə pley-off oyunları keçirəcək balkanlılar “Araz” və “Fənərbaxça”nın da üzvlərinə də ehtiyac duyub.

Belə ki, son illərin dəyişməz Azərbaycan çempionundan Mario Periç, güclülər dəstəsinin debütantından isə Vladimir Laziç milliyə dəvət alıb. Onlardan başqa İngiltərənin “Baku Yunayted” klubunun üzvü Marko Prşiç də qarşıdakı görüşlərə dəvət alıb. Serbiyalılar Rumıniya ilə sentyabrın 17-də səfərdə, 24-də evdə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası Belçikada keçiriləcək Avro-2014-ə seçmə mərhələdən birbaşa vəsiqə əldə edib.