Statistika “Qarabağ” deyir, amma...
11.09.2013 - 17:37
Statistika “Qarabağ” deyir, amma...
Topaz Premyer Liqasının VI turu çərçivəsində "Rəvan” "Qarabağ”ı qəbul edəcək. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 13-də "Bayıl Arena”da keçiriləcək görüşdə cari mövsümdə ev oyunlarında qələbəyə həsrət olan paytaxt təmsilçisi 3-cü cəhddə uğursuzluğa son qoymaq niyyətindədir.

"Qarabağ” ilə “Rəvan”ın yolu indiyə qədər 4 dəfə kəsişib. 2 matçda heç-heçə qeydə alınıbsa, digər 2 dueldə ağdamlılar zəfər çalıb.

Maraqlı məqam ondan ibarətdir ki, bu komandaların hər mövsümün birinci dueli heç-heçə yekunlaşır.

Komandalar arasında ölkə çempionatında baş tutan oyunları diqqətinizə çatdırırıq:

16.10.2011 “Rəvan” – “Qarabağ” 1:1
16.12.2011 “Qarabağ” – “Rəvan” 2:0
24.08.2012 “Qarabağ” – “Rəvan” 0:0
22.02.2013 “Rəvan” – “Qarabağ” 2:3