“Azərbaycanla oyunda Rusiya millisi buna hazır olmalıdır”
11.09.2013 - 20:31
“Heç şübhəniz olmasın. Əmin ola bilərsiniz ki, Azərbaycan millisi sona qədər mübarizə aparacaq və layiqli müqavimət göstərəcək. Rusiya yığması buna hazır olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrda Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyunu dəyərləndirərkən deyib.
Ölkəsi Rusiyanın mətbuatına açıqlama verən təcrübəli mütəxəssis Fabio Kapellonun yetirmələrini Bakıda çətin qarşılaşma gözlədiyini bildirib: “Mən çoxdan deyirəm ki, Kapellonun komandasının taleyi Bakıdakı oyunda həll olunacaq. Meydan sahibləri bu görüşə yaxşı köklənib güclü mübarizə aparacaqlar. Belə yüksək ruhda mübarizə keçmiş SSRİ komandaları arasındakı oyunlarda həmişə olur. Azərbaycan millisi hazırlıqlıdır. Mən bu matçda azarkeşlərin dəstəyini də qeyd etməliyəm. Onlar stadionun tribunaları ağzınadək dolacaq və bu, qonaq komandaya çox çətinlik yaradacak”.
Syomin millimizin müdafiədə fərqləndiyini deyib: “Azərbaycan millisində ulduz futbolçular olmasa da, təcrübəli oyunçuları var. Onu da qeyd edim ki, komanda müdafiədə yaxşı oynayır və bu istiqamətdə daha da gücləniblər. Hücumçuları isə həmişə olub”.

0
0