Türkiyəli futbolçu dünyasını dəyişdi
11.09.2013 - 23:01
Türkiyəli futbolçu dünyasını dəyişdi
Türkiyə PTT Birinci Liqa təmsilçisi “Balıkesirspor”un U-19 komandasının futbolçusu Ali Gündoğan bədbəxt hadisə ilə üzləşib. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, gənc oyunçu meydanda məşq edərkən qapı dirəyi üzərinə düşüb.

Dərhal xəstəxanaya aparılan Gündoğanı xilas edə bilməyiblər və o, dünyasını dəyişib.