Rəşad Sadiqov: Komanda olaraq yalnız qələbəyə köklənmişik
11.09.2013 - 23:47
“Çətin oyun olacağını bilirik. “İnter”in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Rəşad Sadiqov “İnter”lə oyun öncəsi klub saytına açıqlamasında bildirib.
“Ağ-qaralar”ın kapitanı meydana qələbə üçün çıxacaqlarını deyib: “Komanda olaraq yalnız qələbəyə köklənmişik. Bu oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq”.
Qeyd edək ki, "Neftçi" - "İnter" qarşılaşması bu gün saat 19:00-da “Bakcell Arena” stadionunda keçiriləcək.

0
0