Erik Ramos: 3 xal bizə hava-su kimi lazımdır
12.09.2013 - 00:35
Erik Ramos: 3 xal bizə hava-su kimi lazımdır
“İnter” mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos “İnter”lə oyun öncəsi klubun rəsmi saytına açıqlamasında deyib.

Paraqvaylı yarımmüdafiəçi vacib 3 xal qazanmaq istədiklərini bildirib: “Təbii ki, 3 xal bizə də hava-su kimi lazımdır. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədir. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.