Roberto Karlos: “Anji” iki ilə çökəcək
12.09.2013 - 03:18
Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Roberto Karlos mətbuata maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatına danışan Türkiyə təmsilçisinin çalışdırıcısı sabiq klubu “Anji”nin hazırkı vəziyyətini dəyərləndirib.
Karlos maddi cəhətdən çətinliklər yaşayan klubun çökəcəyini deyib: “Qus Hiddink və mən “Anji”dən ayrıldıq. Klub idarəçiliyində ciddi problemlər vardı. Hesab edirəm ki, “Anji” iki ilə ciddi çöküş yaşayacaq. Əgər mən orada qalsaydım, belə dəyişiklik olmazdı. Komanda hazırda çox təcrübəsiz bir vəziyyətdədir. Əgər yaxşı baş məşqçi və idman direktoru gətirməsələr, işləri çox çətin olacaq”.
Qeyd edək ki, braziliyalı çalışdırıcı son olaraq “Anji”də idman direktoru vəzifəsini icra edib.

0
0