“200 milyonluq tanışma” - Beyl - Ronaldo
12.09.2013 - 03:58
“200 milyonluq tanışma” - Beyl - Ronaldo
“Real”ın yeni transferi Qaret Beyl ötən gün komandası ilə ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Madrid klubunun bazasında keçirilən məşqi İspaniya mətbuatı “200 milyonluq tanışma” başlığı altında işıqlandırıb.

Belə ki, burada dünyanın ən bahalı futbolçularından olan Beyl və Kriştianu Ronaldi ilk dəfə bir araya gəlib. İki ulduz futbolçu bazanın qarşısında görüşərək bir qədər söhbət edib və məşqə çıxıblar.

Qeyd edək ki, uelsli yarımmüdafiəçinin növbəti turdakı “Vilyareal” qarşılaşmasının ikinci hissəsində meydana çıxması gözlənilir.