Çexiyalı futbolçular danışılmış oyunlarla bağlı saxlanıldı
12.09.2013 - 04:52
Çexiyalı futbolçular danışılmış oyunlarla bağlı saxlanıldı
Çexiyanın hüquq – mühafizə orqanları bir neçə futbolçunu danışılmış oyunların təşkili və iştirakında şübhəli şəxs qismində saxlayıb. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaq davam etdiyindən polis saxlanılanların sayı və şəxsiyyəti ilə bağlı açıqlama verməyib.

Məlumata görə, bu futbolçuların ölkəni müxtəlif divizionlarında çıxış edən klubların üzvləridir və onlar oyunlarla bağlı bukmeyker kontorlarına pul qoyublar.