“Azərbaycanda bir çox klubun maliyyə cəhətdən problemi yoxdur”
12.09.2013 - 05:57
“Azərbaycanda bir çox klubun maliyyə cəhətdən problemi yoxdur”
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatına danışan təcrübəli çalışdırıcı klublarımızın maliyyə cəhətdən inkişafını da vurğulayıb.

Syomin ölkə çempionatının səviyyəsinin get-gedə yüksəldiyini bildirib: “Azərbaycan çempionatının səviyyəsindən məmnunam və get-gedə inkişaf edir. Ölkə iqtisadiyyatında nəzərə çarpacaq dərəcədə irəliləyiş var. Yerli futbolsevərlərin də sayı artır. Demək olar ki, bir çox klubun maliyyə cəhətdən problemi yoxdur və onlar yaxşı infrastruktura malikdirlər. “Qəbələ”dəki şəraitimdən və komandamın vəziyyətindən də razıyam. Hər şey normaldır”.