Vasili Berezutski: Azərbaycana qalib gəlməliyik
12.09.2013 - 08:22
“Bakıdakı oyunun Lüksemburqdakı qarşılaşmadan çətin olacağını düşünmürəm. Futbolla bağlı bütün fikirlərim “Rostov”la bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Vasili Berezutski deyib.
DÇ-2014-ün seçmə mərhələsində Avropa zonasının F qrupunun lideri olan şimallıların aparıcı oyunçusu oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla səfər matçları haqda suallardan yayınıb.
Berezutski yalnız qarşıdakı görüşlərə kökləndiyini bildirib: “Bundan sonra Çempionlar Liqası gələcək. Lüksemburq haqda yalnız oyun ərəfəsində düşüncəm. Yalnız bundan sonra Azərbaycan haqda xatırlayacağam. İstənilən halda, həm Lüksemburq, həm də Azərbaycana qalib gəlməliyik”.
Qeyd edək ki, Portuqaliyanı 1 xal qabaqlayan Rusiya DÇ-2014-ə birbaşa vəsiqə qazanmaq üçün son 2 matçda qalib gəlməlidir.

0
0