“Rəvan” – “Qarabağ” oyununda qadın hakim
12.09.2013 - 09:33
“Rəvan” – “Qarabağ” oyununda qadın hakim
Topaz Premyer Liqasında VI turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə də turun 2 matçında 6 hakim iş başında olacaq.

Belə ki, AFFA-nın Hakimlər Komitəsi “Rəvan” – “Qarabağ” və “Xəzər Lənkəran” – “Bakı” görüşlərinə əlavə köməkçi hakimlərə təyinat verib. Sonuncu oyunla bağlı qərar gözlənilən idisə, Bakıdakı matçdan maraqlı qarşılaşmalarda buna ehtiyac duyulmayıb.

Hərçənd, “Neftçi” ilə “İnter” arasında paytaxt derbisi və liderlər qrupunda qərarlaşan AZAL-la “Qəbələ”nin görüşündə də prinsipiallıq az deyil. Lakin bu addım onunla bağlıdır ki, “Rəvan”la “Qarabağ”ın oyunu qadın hakimə tapşırılıb. Bu matçı Səbayel Qurbanova idarə edəcək.

Bu tura qadın hakimin idarəçiliyi ilə əlamətdar olacaq. Belə ki,

12 sentyabr (cümə axşamı)
19:00. “Neftçi” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Namiq Hüseynov, Namiq Bəkirov
“Bakcell Arena” stadionu

13 sentyabr (cümə)
19:00. “Rəvan” – “Qarabağ”
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
“Bayıl Arena” stadionu

14 sentyabr (şənbə)
19:00. “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elşən Acalov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu

15 sentyabr (bazar)
17:00. “Simurq” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

18:00. AZAL – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov
“AZAL Arena” stadionu