Rəşad Sadıqovun ehtiyatlandığı komanda
12.09.2013 - 10:06
“Rəvan”la oyun bizim üçün çox ağır keçəcək. Çünki bizdə heyətin çox üzvü millinin futbolçularıdır. Ona görə də birgə hazırlaşmağa elə də çox vaxtımız olmayıb”. Bunu apasport.az saytına “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Millimizin də kapitanı olan təcrübəli mərkəz müdafiəçisi “Rəvan”dan ehtiyatlanır.
Onun sözlərinə görə, “Rəvan” hazırda turnir cədvəlinin son sıralarında qərarlaşsa da, autsayder sayılmamalıdır: “Bizdə hələlik aşkar autsayder yoxdur. Hər bir komandadan ehtiyatlanmaq, onu ciddiyə almaq lazımdır. “Rəvan”ın heyətində də yetərincə yaxşı oyunçular var. Sürpriz etməyə qadir komandadır. Bizi asan oyun gözləmir. Xüsusilə də səfərdə oynadığımızı nəzərə almalıyıq”.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” oyunu sabah Bayılda keçiriləcək. Saat 19:00-da keçiriləcək qarşılaşmanı ilk dəfə bir qadın hakim idarə edəcək. Bu, Səbayel Qurbanovadır.
Səbuhi TOFİQOĞLU

0
0