“Azərbaycanla oyuna qədər güzgüyə baxmalıyıq”
12.09.2013 - 10:25
“Azərbaycanla oyuna qədər güzgüyə baxmalıyıq”
“Mənə elə gəlir ki, Lüksemburqla səfər matçında qapıdan başqa bütün mövqelərdə oyandım. Lakin bunun da faydası olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Oliver Norvud deyib.

22 yaşlı yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsindəki uğursuz çıxarı ilə bağlı müsahibə verib.

Lüksemburqa 2:3 hesablı məğlubiyyətin şokunda olan Norvud oktyabrın 11-də Bakıda keçiriləcək növbəti matçla bağlı da danışıb: “Biz bütün günahı özümüzdə axtarmalıyıq. Özü də bunu tez etməliyik. Çünki artıq gələn ay Azərbaycanla oyunumuz var. Həmin qarşılaşmayadək güzgüyə baxıb bütün səhvlərimizi etiraf etməliyik. Üstəlik, bir komanda kimi birləşməliyik ki, uzaq Azərbaycan səfərindən uğurla qayıdaq”.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Norvud İngiltərənin aşağı dəstə təmsilçisi “Haddersfild” klubunda çıxış edir.