AFFA özünü “yandıran” hakimi yenə bağışladı
12.09.2013 - 11:48
AFFA FİFA referisi Anar Salmanovu yenidən bağışlayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” (2:1) matçında qonaq komandanın qapısına yanlış penalti təyin etdiyi üçün hakimlikdən uzaqlaşdırılan ədalət təmsilçisi I divizionda fit çalacaq.
AFFA Hakimlər Komitəsi mövsümün açılış turunun “Turan-T” - “Araz” (Naxçıvan) duelini Salmanova həvalə edib.
Qeyd edək ki, Anar Salmanov bundan öncə də cəzalandırıldıqdan sonra əfv olunmuşdu.
AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyev 2006/07 mövsümün ilk turundan sonra birdən-birə 4 hakimi – Zöhrab Qədiyev, Munis Abdullayev, Məhəmməd Məmmədov və Anar Salmanovu işindən kənarlaşdırmışdı. Səbəb kimi isə müəyyən komandalara simpatiya, “pərdəarxası söhbətlər”də iştirak göstərilirdi.
Salmanov hakimliyə qayıtdıqdan sonra FİFA dərəcəsi qazandı və ən üzdə olan referimiz idi. Ancaq cari çempionatda “Neftçi”nin “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi kubok oyununda səhv penalti ilə özünü yenidən “yandırdı”.

0
0