“Yığmanın baş məşqçisinin taleyi təkcə nəticələrdən asılı deyil”
12.09.2013 - 12:03
“Lüksemburqa məğlubiyyətdən sonra azarkeşlərin məyusluğunu başa düşürəm. Lakin ən çox üzülən baş məşqçi Maykl O’Nildir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya Futbol Assosiasiyasının prezidenti Cim Şou deyib.
DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla səfər oyunundakı 2:3 hesablı məğlubiyyətdən sonra müsahibə verən qurum başçısı istefası gündəmə gələn Maykl O’Nilin gələcək taleyi ilə balı fikirlərini açıqlayıb.
Şou oktyabrın 11-də Azərbaycan, 15-də İsraillə baş tutacaq son 2 matçın nəticəsinin çalışdırıcı üçün həlledici olmadığını düşünür: “Mütəxəssisin səhvləri düzəltmək üçün qarşıdakı son seçmə görüşlərdə şansı olacaq. Millimiz Azərbaycan və İsraillə görüşlərdə 2 qələbə qazanmaqla, 4-cü pilləni tutmalıdır. Lakin bu görüşlərdən sonra müqaviləsi başa çatacaq baş məşqçinin taleyi ilə bağlı qərar yalnız nəticələrdən asılı deyil. Burada pərdəarxası məqamlar da var. O’Nil kənardan, sıravi azarkeşlərin görmədiyi çox işlər görüb. Baş məşqçimiz yığmada hər şeyi yenidən, az qala sıfırdan qurmağa başlamışdı. Buna da vaxt lazımdır. Düşünürəm ki, düzgün yoldayıq”.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu “Bakcell Arena”da keçiriləcək.

0
0