Azərbaycan klubları Avropa Liqası ilə bağlı müzakirələrə qatıldı
12.09.2013 - 12:10
Azərbaycan klubları Avropa Liqası ilə bağlı müzakirələrə qatıldı
2015-ci ildə etibarən avrokubokların formatı dəyişdiriləcək. Apasport.az saytının məlumatına görə, mümkün islahatların aparılması Avropa Klublar Assosiasiyasının 11-ci Baş Assambleyasında müzakirə olunub.

Azərbaycanın 4 klubu – “Bakı”, “Neftçi”, AZAL və “Xəzər Lənkəran”ın da təmsil olunduğu yığıncaqda əsasən Avropa Liqasının nüfuzunun artırılması yolları axtarılıb. Müxtəlif variantların müzakirə olunduğu iclasda yarışın son qalibinin növbəti il Çempionlar Liqasının qrupuna yüksəlməsi də, təkcə qalibin deyil, 1/4 finalçıların belə vəsiqə əldə etməsi kimi variantlar səslənib.

Lakin avrokuboklardakı islahatlar hələlik yalnız müzakirələr mərhələsindədir. Yekun qərarı isə UEFA verəcək.