“İndi əsas məsələ Azərbaycan yığmasını məğlub etməyə çalışmaqdır”
12.09.2013 - 12:15
“Demək olmaz ki, bizim komanda İsrail yığmasını qiymətləndirməmişdi. Sadəcə, ilk 45 dəqiqədə israillilər tamamilə oyuna köklənmişdi. Ancaq ikinci hissədə bizim komanda öz işini gördü və layiqli qələbəsini qazandı”. Apasport.az saytının məlumatına görə, bunu “Zenit”in gənclər komandasının baş məşqçisi Dmitri Çerışev deyib.
İyulun 1-dən Sankt-Peterburq klubunda çalışan 44 yaşlı çalışdırıcı Rusiya yığmasının İsraillə keçirdiyi oyun haqqında fikirlərini bildirib. “Elektriçka” ləqəbli Çerışev qısaca Fabio Kapellonun yetirmələrinin növbəti oyunlarına da toxunub: “Fərdi cəhətdən kimisə fərqləndirmək istəməzdim. Qələbəni bütün komanda qazandı. Buna görə uşaqları və məşqçiləri təbrik edirəm. Bu nəticəni hamımız gözlədiyimizdən bizim üçün çox vacib idi. İndi əsas məsələ dünya çempionatına çıxmağı rəsmiləşdirmək üçün Lüksemburq və Azərbaycan yığmalarını məğlub etməyə çalışmaqdır”.
Qeyd edək ki, millimizin üzvü Vaqif Cavadov vaxtilə Rusiya yığmasının sabiq hücumçusu olmuş Dmitri Çerışevin rəhbərliyi altında Nijni-Novqorod “Volqa”sında oynayıb.

0
0