“Azərbaycanla oyunda bəxtimiz gətirmədi”
12.09.2013 - 13:22
“Dünya çempionatının seçmə mərhələsində qarşımıza 5-dən artıq xal toplamaq vəzifəsi qoyulmuşdu. Artıq bunun öhdəsindən gəlmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lüksemburq milli komandasının baş məşqçisi Lük Holts deyib.
DÇ-2014-ün seçmə mərhələsi ilə bağlı müsahibə verən mütəxəssis 6 xalla 5-ci olan yetirmələrinin Azərbaycan millisi ilə qarşılaşmalarında daha çox xal toplaya bilmədikləri üçün bəxtdən gileylənib: “Son 2 görüşdə hesabımızdakı xalların sayını daha da artıra bilərik. Azərbaycanla oyunda bir az bəxtimiz gətirmədi. Yoxsa ki, indi hesabımızda daha çox xal da ola bilərdi. Amma futbolda hər şeyə hazır olmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmalarının hər iki oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0