Daha bir milli komanda başsız qaldı
12.09.2013 - 14:46
DÇ-2014-ün seçmə mərhələsinin ötən gün baş tutan oyunlarından sonra daha bir baş məşqçi istefa verib. Apasport.az saytının məlumatına görə, Sloveniyaya 0:2 hesabı ilə uduzan Kipr yığması başsız qalıb.
Komandanın çalışdırıcısı Nikos Nioplias öz istəyi ilə postunu tərk edib. Artıq Kipr Futbol Federasiyasının rəsmi saytında bununla bağlı xəbər yer alıb. Orada qeyd olunur ki, Niopliasla mövcud müqavilənin müddəti bu ilin noyabrda başa çatacaq. Ancaq baş məşqçi həmin tarixi gözləməyi lazım bilməyib və indidən getməyi üstün tutub.
Qeyd edək ki, ötən gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən görüşlərdən sonra Covanni Trapattoni İrlandiya, Mircəlal Qasımov Özbəkistan, Mihal Bilek isə Çexiya millisinin baş məşqçisi postuyla vidalaşıb.

0
0