Rail Məlikov üçün il başa çatdı
12.09.2013 - 16:07
Rail Məlikov üçün il başa çatdı
Həftənin bazar günü - 15 sentyabrda Premyer Liqanın VI turu çərçivəsində AZAL-la qarşılaşacaq “Qəbələ” böyük itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı üzvlərindən Rail Məlikov məşq zamanı ağır zədə alıb. Ön çarpaz bağları qırılan futbolçunun 4 və ya 5 ay yaşıl meydanlardan kənar qalması, yalnız 2014-cü ildə “Qəbələ”yə kömək etməsi gözlənilir.

Hazırda Bakıda olan Rail Məlikov gabalafc.az-a zədələndiyinə görə məyus olduğunu, ən qısa müddətdə zədəsini bərpa edib komandanın sıralarına dönmək istədiyini vurğulayıb: “Komandaya gəldiyim gündən kiçik zədələr məndən əl çəkmirdi. Təəssüf ki, bu dəfə çox ağır zədələndim. Sabah əməliyyat üçün Türkiyəyə yollanacam. İnanıram ki, əməliyyatım uğurla sona çatacaq və ən qısa müddətdə zədəmi bərpa edib komandanın düşərgəsinə dönəcəyəm”.