“Bu, Azərbaycanla oyunda baş versə...”
12.09.2013 - 16:32
Rusiyalı futbol veteranı Aleksandr Bubnov DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarla əlaqədar həmyerlilərini ehtiyatlı olmağa çağırıb. Apasport.az saytının məlumatına görə, mətbuatda ekspert kimi çıxış edən veteran sentyabrda keçirilən qarşılaşmalardan sonra həyəcan təbili çalmağa başlayıb.
Bubnov Lüksemburqla sentyabrın 7-də (4:1), İsraillə isə 10-da (3:1) baş tutan görüşlərdə son dəqiqələrsə qol buraxılmasından narahatdır. Mütəxəssis oktyabrın 15-də seçmə mərhələnin Bakıda Azərbaycan yığması ilə keçiriləcək son görüşündə də eyni halın yaşanmasından qordur: “Futbolda xırdalıq olmur. İlk baxışdan belə düşünmək olar ki, Lüksemburq və İsraillə oyunların hər ikisinin son dəqiqələrində qol buraxmağımızda qorxulu bir şey yoxdur. Bəs, bu Azərbaycanla qarşılaşmada, hesab 1:0 olarkən baş versə necə olacaq? Matçın sonluğunda qolların buraxılması adət halını alır, bununla mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, Rusiya yığması F qrupunun qalibi olmaq üçün son 2 oyununda qalib gəlməlidir.

0
0