Millimizin futbolçusu: 7 top buraxdıq, başımız sağ olsun! - MÜSAHİBƏ
12.09.2013 - 16:36
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Düsseldorf “Fortuna”sının II komandasının yarımmüdafiəçisi Tuğrul Eratın apasport.az saytına müsahibəsi
- Öncə İsrail millisi ilə qarşılaşma haqqında fikirlərinizi bildirərdiniz.
- Oyun başlayandan 2-3 dəqiqə sonra qapımızdan 2 top buraxdıq. Təbii ki, bu zaman əhvalımız korlandı. Sonra hesabı 1:2 etdik. Fikirləşdik ki, fasiləyə bu hesabla yollansaq, ikinci hissədə nəticəni xeyrimizə dəyişə bilərik. Ancaq əksinə, yenə qol buraxdıq. 4-cü topdan sonra artıq hesabı xeyrimizə dəyişmək çətin idi. Qol vəziyyətlərimiz oldu, ancaq vura bilmədik.
- Milliyyətcə türksünüz. Bizim futbolçular da siz türklər kimi qol “yedikdən” sonra həvəsdən düşürlər...
- Qol vəziyyətlərimizdən yararlansaydıq, hesab 3:3 və ya 3:4 ola bilərdi. Ancaq qol vurmağı bacarmadıq. “Vurmayana vurarlar” deyirlər.
- İlk rəsmi oyununuzu U-21-də keçirdiniz. Debütdə qol vuracağınızı təxmin edə bilərdinizmi?
- Vallah, belə bir şey düşünmüşdüm ki, görəsən ilk oyunda qol vura bilərəmmi? İlk matçda qol vurmaq gözəl bir şeydir. Ancaq birinci oyunumda meydanı məğlub tərk etməyim, özü də 2:7 hesabının qeydə alınması üzücü haldır. Karyeramda hələ belə hesab olmamışdı. İlk dəfə çıxış etdiyim komanda qapısından 7 top buraxırdı. Nə etməli, başımız sağ olsun!
- Türkiyənin aşağı yaş qruplarından ibarət komandalarda heç oynamısınız?
- Xeyr. Buna kimi yalnız Almaniyanın “Fortuna” və başqa komandasında çıxış etmişəm.
- Oktyabrın 10-da Osloda keçiriləcək Norveç yığması ilə oyun barədə düşüncələriniz necədir?
- Norveç ilk oyununda Portuqaliyaya 1:5 hesabı ilə uduzub. Təbii ki, Portuqaliya bu qrupun favoritidir. Norveçi kiçiltməmək lazımdır. Onlar hazırda sonuncudur (müsahibə Norveçin Makedoniya üzərində qələbə qazanmasından əvvəl götürülüb – S.T.). Bu komandanı uda da bilərik, bu yığmaya uduza da. İsraillə olduğu kimi oynasaq, yenə məğlub ola bilərik. Bu, motivasiyaya bağlıdır. Yaxşı hazırlaşa bilsək, ordan qələbə ilə qayıda biləcəyimizə inanıram.
- “Fortuna”da işləriniz necə gedir?
- Bildiyiniz kimi, əsas komandamız Almaniyanın 2-ci Bundesliqasında çıxış edir. Ancaq mən orda bu klubun II komandasında oynayıram. Orda bütün 6 matçın hamısında meydana çıxmışam.
- Baş məşqçi Mixael Büskens sizi heç əsas heyətin məşqlərinə cəlb edirmi?
- Ötən il milliyə qoşulmamışdan əvvəl “Fortuna” Almaniyanın kiçik komandalarından biri ilə yoxlama oyunu keçirmişdi. Onda əsas komandaya çağırılmışdım və yaxşı da oynamışdım. Bəlkə də Almaniyaya qayıtdığımda yenidən məni əsas heyətə çağırar.
- “Fortuna”nın U-23 komandası hazırda turnir cədvəlində neçənci sıradadır?
- Hazırda turnir cədvəlinin orta sıralarında qərarlaşmışıq. Cəmi 6 tur oynanılıb. 2 qələbə, 1 heç-heçə və 3 yenilgimiz var.
- Sizdən başqa, orda milli oyunçusu varmı?
- Kanadadan, Bosniya və Hesrqovinadan var. Orda mənim kimi 2-3 milli oyunçusu çıxış edir.
- Millimizə çağırılmağınız klubun məşqçilər heyəti tərəfindən necə qarşılandı?
- Bizim baş məşqçimiz türkdür. Onun AFFA ilə əlaqələri var. Təbii ki, o da U-21-ə çağırılmağıma sevindi və mənə SMS yazaraq uğurlar arzuladı.
- Millilərin oyunu olarkən Almaniyanın aşağı dəstələrində fasilə yaranmır. Bununla əlaqədar U-21-ə dəvət olanda problem yaranmayacaq ki?
- Bax, bunu bilmirəm. Milli komandada oynamaq çox önəmlidir. Düşünürəm ki, yığmaya buraxılmağıma problem yaradılmaz.
Səbuhi TOFİQOĞLU

0
0