“Onun Azərbaycan yığmasına çağırılması klub üçün böyük fəxrdir”
12.09.2013 - 17:04
“Semyuel Pyet və Tuğrul Eratın Kanada və Azərbaycan millilərinə çağırılması klub üçün həqiqətən böyük fəxrdir”. Apasport.az saytının məlumatına görə, bunu Düsseldorf “Fortuna”sının U-23 komandasının baş məşqçisi Taşkın Aksoy deyib.
Berlin doğumlu 46 yaşlı türk mütəxəssis “Fortuna”nın rəsmi saytına verdiyi müsahibə zamanı klubun Regionalliqanın “Qərb” zonasında çıxış edən II komandasından milli futbolçuların çıxdığına sevindiyini bildirib. “Herta”, “Boluspor”, “Kocaelispor” və “Kayserispor”un sabiq futbolçusu olan Aksoy bununla fəxr hissi keçirdiyini söyləyib: “Oyunçular öz komandalarından milliyə dəvət alırsa, bu, məşqçilər üçün də qürur verir. Ancaq mən təkcə Pyet və Eratı fərqləndirməzdim. Bizdə U-19 komandamızdan da milliyə layiq futbolçular var. Ümid edirəm ki, belə inkişafla yaxın illərdə daha bir neçə futbolçumuz millilərdən dəvət alacaq”.
Qeyd edək ki, “Fortuna”nın yarımmüdafiəçisi olan Tuğrul Erat ötən bazar İsrail yığması ilə 2:7 başa çatan oyunda debüt edib. Türkəsilli futbolçu ilk oyununda qol vurmağı da bacarıb.

0
0