“Barselona” “Barselona”nı məhkəməyə verdi
12.09.2013 - 17:44
“Barselona” “Barselona”nı məhkəməyə verdi
İspaniyanın “Barselona” klubu Ekvadorun eyniadlı klubunu məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi cənubi amerikalıların onların loqosundan kommersiya xarakteri ilə istifadə etməsindən narazıdır.

Belə ki, 1925-ci ildə yaradılan Quayakil “Barselona”sının emblemi Avropa nəhəngininkinə bənzərdir. Bu da onunla bağlıdır ki. klubu İspaniyadan bu ölkəyə köçənlər yaradıb.

Qeyd edək ki, 14 dəfə Ekvador çempionu olan “Barselona” 2 dəfə Cənubi Amerikanın ən güclüsü olduğunu Libertadores kubokunda sübut edib.