Tərlan Əhmədov: “Neftçi” nəyə qadir olduğunu göstərdi
12.09.2013 - 20:58
“Bu cür oyunlar derbidir, rəqibimiz güclü komandadır. Oyunun çətin keçəcəyi əvvəlcədən məlum idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
“Ağ-qaralar”ın” çalışdırıcısı Topaz Premyer Liqanın VI turunda "İnter" üzərində 3:1 hesablı qələbəni şərh edib: "Son oyunumuzda məğlub olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə qadir olduğunu göstərdi. Psixoloji səddi aşa bildik. Oyunçularımın qarşısında baş əyirəm”.

0
0