“Atletiko”dan növbəti müqavilə
12.09.2013 - 23:02
“Atletiko”dan növbəti müqavilə
“Atletiko” daha bir futbolçusu ilə müqavilə yeniləyib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Madrid təmsilçisi təcrübəli müdafiəçisi Xuanfran ilə müqavilənin vaxtını 2017-ci ilə qədər uzadıb.

İmza atma mərasimindən sonra mətbuata açıqlama verən 28 yaşlı bu sözləri deyib: “İlk olaraq klubumuza və baş məşqçimizə mənə güvəndikləri üçün təşəkkür edirəm. Bu formanı uzun müddət geydiyim və geyəcəyim üçün çox xoşbəxtəm. Hər gün daha yaxşı olmaq və azarkeşlərimizi sevindirmək üçün var gücümlə çalışacam”.

Qeyd edək ki, İspaniyalı futbolçu 2011-ci ildə “Osasuna”dan “Atletiko”ya transfer olunub.