Millinin futbolçusu totalizator oyunlarında iştirakına görə, cəzalandırıldı
13.09.2013 - 00:02
Millinin futbolçusu totalizator oyunlarında iştirakına görə, cəzalandırıldı
Şatlandiya Futbol Assosiasiyası “Qlazqo Rencers” klubunu futbolçusu Yen Bleki cəzalandırıb. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 28 yalı yarımmüdafiəçinin oyunlara pul qoyuluşunda iştirak etməsidir.

Belə ki, Şotlandiya millisinin də üzvü olan Blek ümumilikdə 160 dəfə totalizator oyunlarında iştirak edib və o, üç dəfə öz komandasının məğlubiyyətinə pul yatırıb. Ölkə futbol qurumu onu bu əməllərinə görə, 3 çempipnat oyunundan kənarlaşdırıb və 7 min 500 funt - sterlinq məbləğində cərimələyib.

Qeyd edək ki, Blek totalizator oyunlarında iştirakına görə, cəzalandırılan ilk şotlanduyalı futbolçudur.