“Yuventus”un hücumçusu “Real”ın hədəfində
13.09.2013 - 02:20
Madrid “Real”ı qış transfer pəncərəsində “Yuventus”un futbolçusu Fernando Loryenteni heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA agenti Fransua Qalyardo İtaliya mətbuatına açıqlamasında məlumat verib.
Qalyardonun sözlərinə görə, “Kral klubu” ispaniyalı futbolçunu icarəyə götürəcək: “Loryente yanvarda “Real”a keçə bilər. “Yuventus”da ona çox şans verilmir. O, əla futbolçudur və İspaniya çempionatını da yaxşı bilir. Əgər bu keçid baş tutsa, “Real” üçün maddi cəhətdən uyğun olacaq”.
Qeyd edək ki, 28 yaşlı futbolçu cari ilin yanvar ayında azad agend olaraq İspaniyanın “Atletik” klubundan “Yuventus”a transfer olunub.

0
0