Şevçenko yenidən yaşıl meydanlara qayıdır
13.09.2013 - 02:52
Şevçenko yenidən yaşıl meydanlara qayıdır
Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko yenidən yaşıl meydanlara qayıdır. Apasport.az saytının “CNN”ə istinadən məlumatına görə, o, bu dəfə futbol, yox qolf üçün tamaşaçılar qarşısına çıxacaq.

Belə ki, ötən il futbolla vidalaşan Şeva yeni idman növündə qüvvəsini sınayacaq. Xarkovda təşkil olunacaq turnirlə qolfda peşəkar karyerasına başlayacaq “Milan”ın sabiq hücumçusu Yevgeni Kafelnikov, Oliver Vilson və Nik Daugherti ilə mübarizə aparacaq.

Yeni karyerası haqda danışan sabiq futbolçu bunları deyib: "Bu, məm mənim, həm də Ukrayna üçün bir ilkdir. Bu, ölkədə təşkil olunacaq ilk böyük turnir olacaq. Qolf idman növündə turnirin Ukraynada keçirilməsi ölkəm adına böyük addımdır. Mənim bu idman növünə böyük marağım olub. Ümid edirəm ki, çıxışımla insanları məmnun edəcəm.

Qeyd edək ki, Şevçenko futbolçu karyerasını 2012-ci ildə ölkəsinin "Dinamo" (Kiyev) klubunda başa vurub.