“Qarabağ” “Rəvan”la bacarmadı
13.09.2013 - 04:12
“Qarabağ” “Rəvan”la bacarmadı
Topaz Premyer Liqasında iştirak edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, "Rəvan” hesabat turunda "Qarabağ”la qarşılaşıb.

"Bayıl stadionu”nda keçirilən görüşdə “aslanlar” ilk yarıda qapısından qol buraxsa da, oyunun sonlarında bərabərlik qolunu vurub. Ev sahibi komandanın heyətində Ramazan Abbasov 88-ci dəqiqədə penaltidən fərqlənib. altıncı oyunda 6-cı xalını toplayan Anar Vəliyevin yetirmələri elə 7-ci sıradakı mövqeyində qalıb.

Mənbə: revanfc.az