Azərbaycanlı futbolçu da ən yaxşı seçilərmiş...
25.09.2013 - 16:45
“Ayın futbolçusu” mükafatı 18 aydan sonra azərbaycanlı futbolçuya nəsib olub. Apasport.az saytının məlumatına görə, “Bakı”nın futbolçusu Cavid Hüseynov avqustun ən yaxşısı kimi PFL tərəfindən mükafatlandırılmaqla legionerlərin hegemonluğuna son qoyub.
2009-cu ilin oktyabrından keçirilən səsvermədə qalib gələn sonuncu yerli Əfran İsmayılov olmuşdu. “Qarabağ”da çıxış etdiyi vaxt fərqlənən yarımmüdafiəçi 2012-ci ilin fevralında hamını qabaqlamışdı.
Əfrandan sonra 7 dəfə əcnəbilər qalib gəlib. Bir müddət isə sorğu keçirilməyib.
Qeyd edək ki, 30-cu dəfə sahibinə qovuşan mükafat 19 dəfə legionerlərə, 11 dəfə yerlilərə nəsib olub.

0
0