“Azərbaycan Premyer Liqasının müxtəlif ölkələrdə yayımını təşkil etmək planımız var”
25.09.2013 - 16:50
“Biz təxminən 1 ildir PFL-lə əməkdaşlıq edirik. Müqaviləmiz 3 illikdir. Sponsorluqdan başqa, yayımı da üzərimizə götürmüşük. Hesab etmirəm ki, bu, azarkeşlərə təsir edir, onların sayını azaldır”. Apasport.az saytının məlumatına görə, bunu “Azinteltek” birgə müəssisəsinin sədri Ahmet Sezer deyib.
O, bu gün “Topaz” və PFL-in birgə təsis etdiyi “Ayın futbolçusu” və “Ayın ən gözəl qolu” nominasiyalarında qaliblərin mükafatlarının təqdimetmə mərasimində hər turun orta hesabla 4 oyununun canlı yayımlandığını və azarkeş sayında ciddi artımın olduğunu bildirib: “Biz Premyer Liqa sponsoru olaraq, bəlli işi öhdəmizə götürdük. Azarkeşlər stadiona gəlmir, oyunu evindən izləyirdilər. Düşünürəm ki, biz gəldikdən sonra azarkeşlərin sayında artım var. Gələcəkdə Azərbaycan Premyer Liqasının müxtəlif ölkələrdə yayımını təşkil etmək planlarımız var”.

0
0