Tuyqun Nadirov PFL prezidentinin cavabını verdi
25.09.2013 - 17:00
“Başa düşmürəm, məgər həmin oyunda meydana kənar adam çıxıb? Bəlkə rəqib komandanın futbolçusu xəsarət alıb?” Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Bu gün Topaz Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu və ən gözəl qolunun müəllifinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev IV tur çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” oyunundan sonra yaşanan qalmaqala da toxunub.
Musayev azarkeşlər arasında yaşanan qarşıdurmaya görə, “Xəzər Lənkəran” rəhbərliyinin günahkar olduğunu bildirib. Nadirov isə hesab edir ki, bu cür açıqlama vermək PFL prezidentinə yaraşmır: “Bizi nədə günahlandırırlar? Əgər rəqib komandanın nə futbolçusunun, nə də azarkeşinin burnu qanamayıbsa, harada səhvə yol vermişik? Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Biz baş verənlərin qarşısını almaq üçün əlimizdən gələni etmişik. Fikrimcə, işimizin öhdəsindən gəlmişik. Qalmaqalı heç kim istəməzdi. İndi durub bir-birimiz ittiham etmək yersizdi. Bu, nə PFL rəhbərliyinə yaraşar, nə də bizə”.
Qeyd edək ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra hər iki komandanın azarkeşləri arasında qarşıdurma olmuşdu. Lakin Polis və Daxili Qoşunların əsgərlərinin səyi nəticəsinə sabitlik təmin edilmişdi.

0
0