Felipe Melodan Terim üçün emosional mesaj
25.09.2013 - 20:58
Felipe Melodan Terim üçün emosional mesaj
“Qalatasaray”da baş məşqçi Fatih Terimlə yolların ayırmasına “sarı-qırmızılılar”ın futbolçusu Felipe Melo da öz reaksiyasını bildirib. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Instagragm”dakı şəxsi hesabından bu məsələ ilə bağlı fikirlərini açıqlayıb.

Melo omürboyu Terimə minnətdar olacağını deyib: “Bu cümlələri hörmətli baş məşqçim Fatih Terimə bərabər keçirdiyimiz unudulmaz iki ilə görə, təşəkkür etmək üçün yazıram. O, mənə “Qalatasaray”ın qapılarını açdı və həmişə mənə dəstək oldu. Hasan Şaş və Ümit Davala ilə birlikdə bizim komanda olaraq böyüməmizi təmin etdi və onun tükənməz futbol bilgisindən çox şey öyrəndik. Xatirələ, qazanılan çempionluqlar, Superkuboklar və Çempionlar Liqasındakı keçən mövsüm əldə etdiyimiz nailiyyətlər heç vaxt yadımdan çıxmayacaq. Onu da qeyd edim ki, şanlı formamıza dördüncü ulduzu taxmaq üçün var gücümüzlə çalışacağımızdan heç kimin şübhəsi olmasın. Bunu Fatih Terim üçün edəcəyik. Sizə həmişə minnətdar olacağam, cənab Terim”.