Daniel Subotiç: Zirvədə qalmaq çətindi
26.09.2013 - 23:01
“Qəbələ” klubunun hücumçusu Daniel Subotiçin apasport.az saytına müsahibəsi
- Çempionatın son iki matçında qol vurdunuz. Bu cür uğurlu başlanğıc gözləyirdin?
- Əslində, gözləmirdim. Amma özümə və komandama inanırdım. Bunun nəticəsidir ki, debütüm bu cür uğurlu alındı.
- Komandaya mövsümlərarası fasilədə keçsəniz də, transfer vərəqi gəlmədiyi üçün ilk 5 turu kənardan izləməli olduz. Oyunu kənardan izləmək çətin deyildi?
- Əlbəttə, üzvü olduğun komandanın oyununu kənardan izləmək çox çətindir. Hazırlıq dövründə çox çalışmışdım. Gözləyirdim ki, bir həftə ərzində sənədləşmə işləri həll olunacaq. Ancaq bu məsələ xeyli uzandı. Buna görə də oynamaq üçün “ac” idim.
- “Qəbələ” Premyer Liqada ən güclü hücum xəttinə malik komandalardan biridi. Necə düşünürsüz, əsas heyətdə yerinizi möhkəmlədə biləcəksiniz?
- Bu, tək mənim üçün deyil, komandanın bütün üzvləri üçün vacibdir. Hər kəs əsas heyətə düşmək üçün mübarizə aparır. Hücumçular arasında rəqabət var. Bu da futbolun tərkib hissəsidir. İndi əsas heyətdəyəm, amma sabah olmaya bilərəm. Əsas odur ki, daim mübarizə aparasan.
- “Qəbələ”də heç vaxt sabit fərqlənən hücumçu olmayıb. Siz bunu bacaracaqsınızmı?
- Əgər komanda hazırkı çıxışını sona qədər davam etdirə bilsə və mən də çox çalışsam, fəal iştirak etsəm, Premyer Liqanın ən məhsuldar oyunçularından biri ola bilərəm. Yenə deyirəm, bunun üçün çox çalışmaq lazımdır.
- Qarşıdan “Simurq”la oyun gəlir. Rəqib haqda hansı məlumata sahibsiniz?
- Məlumatımız var. “Qarabağ”la oyunlarını izləmişəm. Rəqibin yaxşı müdafiə olunduğunu bilirəm. Çətin olacaq. Bizi 90 dəqiqə gərgin mübarizə gözləyir. Fikrimcə, qalib gələcəyik.
- “Simurq”la qarşılaşmalar “Qəbələ” üçün hər zaman çətin keçir. Bu amil sizi çəkindirmir ki?
- Niyə çəkindirməlidir? Ötən mövsüm “Qəbələ” AZAL-a 1:6 hesabı ilə məğlub olmuşdu. Ancaq cari çempionatda onları səfərdə məğlub etdik. İndi yeni mövsümdür. Komandalar çempionata fərqli futbolçularla başlayıb. Ona görə də çəkinməyə əsas görmürəm. Amma rəqibə hörmətlə yanaşırıq.
- Turnir cədvəlinin zirvəsindəsiniz. Hazırkı mövqeyinizi sona qədər qoruya biləcəksinizmi?
- Çətin məsələdi. Bizdən arxada olan komandaların hamısı çempion olmaq üçün mübarizə aparır. Bu baxımdan liderliyi qorumaq çətin olacaq. Əlbəttə, istərdim ki, hazırkı mövqeyimizi qoruyaq. Yəqin ki, bunu bacaracağıq.

0
0