Quliyevsiz “Kahramanmaraşspor” növbəti mərhələyə adladı
25.09.2013 - 22:30
Quliyevsiz “Kahramanmaraşspor” növbəti mərhələyə adladı
Futbol üzrə Türkiyə Kubokunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Fərid Quliyevin şərəfini qoruduğu “Kahramanmaraşspor” da bu mərhələdə mübarizə aparıb.

Hücumçumuzun komandası doğma arnada “Tosya Bələdiyəspor”u qəbul edib. “Hanefi Mahçiçek” stadionunda keçirilən qarşılaşmada ev sahibi komanda rəqibini 3 cavabsız qolla darmadağın edərək III tura yüksəlib.

Quliyevin bu oyunda iştirakı gözlənsə də, baş məşqçi Taner Öcal onun adını heç iştirak ərizəsinə belə salınmayıb.


Türkiyə Kuboku
II tur

25 sentyabr


“Kahramanmaraşspor” – “Tosya Bələdiyəspor” - 3:0
Qollar: Onur Bərbər, 4 45, Aytac Dəniz, 87