Konte: “Yuventus” Tevessiz də uğur qazana bilər
25.09.2013 - 23:13
Konte: “Yuventus” Tevessiz də uğur qazana bilər
“Yuventus”un baş məşqçisi Antonio Konte maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan 44 yaşlı mütəxəssis futbolçusu Karlos Tevesin komandadakı yeri ilə bağlı fikirlərini bildirib.

Konte argentinalı hücumçu olmadan da uğurlar qazandıqlarını və yenə qazana biləcəklərini deyib: “Teves çox yaxşı işlər görür. Amma bizim iki mövsümü də çempion tamamladığımızı unutmamalıyıq. Bu iki çempionluqda da Teves komandamızda deyildi. Ona görə də, ötən mövsüm heyətimizdə çıxış edən futbolçularımızı zəif hesab etməməliyik. Təbii ki, Teves qabiliyyətinə görə, komandamıza yeniliklər gətirdi. O bir çempiondur və bizimlə olduğu üçün xoşbəxtəm. Amma biz ötən iki mövsümü unutmamalıyıq. “Yuventus” Teves olmadan da uğurlar qazanmışdı və bunu yenə edə bilər”.

Qeyd edək ki, Karlos Teves bu yay İngiltərənin “Mançester Siti” klubundan “Yuventus”a transfer olunub.