Qattuzo qovuldu
26.09.2013 - 00:11
Qattuzo qovuldu
İtaliya millisinin və “Milan”ın əfsanəvi futbolçusu Cennaro Qattuzo iş yerindən qovulub. Apasport.az saytının məlumatına görə, cari ilin iyun ayında “Palermo” klubuna baş məşqçi təyin olunan gənc çalışdırıcı ilə yollar ayrılıb.

İtaliya B Seriyasında çıxış edən klubdan verilən açıqlamada Qattuzonun ümidləri doğrulmadığını və onun işinə son verildiyi deyilib. Rəhbərlik 35 yaşlı təcrübəsiz məşqçiyə komandanı tapşırmaqla səhv etdiklərini və artıq onun əvəzinə Cüzeppe Yaçinini bu vəzifəyə təyin etdiklərini bildirib.

Qeyd edək ki, Qattuzonun rəhbərliyi ilə cari mövsümə başlayan “Palermo” 7 turda ancaq 6 xal toplaya bilib.