Davud Kərimi 90 dəqiqə oynadı, penalti zərbəsini dəf etdi
26.09.2013 - 00:57
Futbol üzrə Türkiyə Kubokunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fethiyespor” ötən gün qüvvəsini sınayıb.
Həmyerlimizin komandası doğma azarkeşləri qarşısında “Kızılcabölükspor”u qəbul edib. Fethiye şəhər stadionunda keçirilən qarşılaşmada ev sahibi komanda rəqibini 3:1 hesabı ilə məğlub edərək III tura vəsiqə qazanıb.
Çempionat oyunlarında ehtiyatda qalan Kərimi isə bu matçda debüt edərək komandasının uğurunda pay sahibi olub. Baş məşqçi Mustafa Ceviz oyunçumuza start heyətdə şans verib və onu 90 dəqiqə meydanda saxlayıb. Davud ikinci hissədə rəqibin penalti zərbəsini dəf edib.
Türkiyə Kuboku
II tur
25 sentyabr
“Fethiyespor” – “Kızılcabölükspor”- 3:1
Qollar: Ahmet Aras, 52, Liridon Krasiniqi, 63, Artun Akçakın, 78 – Hüseyn Çelik, 48

0
0